Amerikalı iş adamı İlon Mask SpaceX işçilərindən Marsda bir şəhər planı hazırlamağı tələb etmədiyini bildirib. Onun X sosial şəbəkəsindəki hesabında (keçmiş Twitter) müvafiq məzmunlu yazı peyda olub.
Belə ki, sahibkar The New York Times qəzetindəki məqalələrdən birinə münasibət bildirib. O, milyarderin ətrafına və bəzi daxili sənədlərə istinadən bildirir ki, Mask SpaceX işçilərinə Marsda şəhərin tikintisi planı hazırlamağı və planeti insanlarla daha da məskunlaşdırmaq variantlarını öyrənməyi tapşırıb.
“SpaceX-də heç kim Mars şəhərində işləmək üçün təyin olunmayıb. İnsanlar bunu soruşanda qeyd etdim ki, ilk növbədə diqqətimizi bu planetə çatmağa yönəltməliyik”, – iş adamı yazıb.
Mənbə: SpaceX

