Alimlər Baltik sularını zəhərli taliumun çirkləndirməsi riski barədə xəbərdarlıq ediblərbackend

ABŞ-ın Woods Hole Okeanoqrafiya İnstitutunun və digər elmi qurumların alimləri Baltik dənizinin su məməliləri üçün ən zəhərli metal olan talliumla çirklənmə riski barədə xəbərdarlıq ediblər. Araşdırma Environmental Science & Technology (EST) elmi jurnalında dərc olunub.

Hazırda Baltik dənizinin dəniz suyunda talliumun (TI) miqdarı aşağı olaraq qalır. Lakin müşahidələr göstərir ki, elementin miqdarı sonrakı antropogen fəaliyyətlər və ya Baltik sularının təbii turşulaşması səbəbindən arta bilər.

Baltik dənizindəki taliumun çox hissəsi sulfid minerallarının çox olması səbəbindən çöküntülərdə toplanır.

Mənbə: TASS