Alimlər bəzi qadınların niyə psixopatlara və manipulyatorlara cəlb olunduğunu aşkar ediblərbackend

Arkanzas Universitetinin amerikalı psixoloqları bəzi qadınların psixopatik və digər mənfi şəxsiyyət xüsusiyyətlərinə malik kişilərə cəlb edilməsi fenomeninin səbəblərini araşdırıblar. Tədqiqat Personality and Individual Differences (PID) elmi jurnalında dərc olunub.

Psixopatiya, narsissizm və makiavelizmlə birlikdə şəxsiyyətin “Qaranlıq üçlüyü” adlandırılanlara daxildir. Bu triadaya aid insanlar daha az empatiya nümayiş etdirirlər, başqalarını manipulyasiya etməyə meyllidirlər və öz şəxsiyyətlərinə köklənirlər. Bu cür keyfiyyətlər adətən insanın tərəfdaşı ilə sağlam, uzunmüddətli romantik münasibət saxlamasına mane olur.

Alimlər böyük bir universitetdən 210 qız tələbəni işə cəlb ediblər. Onlardan qaranlıq şəxsiyyət xüsusiyyətləri səviyyələrində müxtəlif olan kişilərin hipotetik profillərinə qiymət vermələri istəndi. Hər bir profildə kişinin tipik davranışının ətraflı təsviri var idi.

Mənbə: TASS