Alimlər depressiya ilə bədən istiliyi arasında əlaqə tapıblarbackend

San-Fransiskodakı Kaliforniya Universitetinin amerikalı psixoloqları və fizioloqları depressiya ilə bədən istiliyindəki dəyişikliklər arasında əlaqəni araşdırıblar. Araşdırma “Science Reports” (SciRep) elmi jurnalında dərc olunub.

İş zamanı mütəxəssislər əvvəlcə COVID-19 xəstəliyinin diaqnostikası üçün yaradılmış TempPredict Study verilənlər bazasından 20 880 nəfərin məlumatlarını öyrəniblər.

Tədqiqatçılar müəyyən ediblər ki, depressiya əlamətlərinin yüksək səviyyələri davamlı olaraq bədən istiliyinin artması ilə əlaqələndirilir. Bu korrelyasiya həm öz hesabatında, həm də obyektiv temperatur ölçülərində müşahidə edilmişdir.

Mənbə: Science Reports