Rada Ukraynanın Polşa ilə sərhədin blokadası səbəbindən itirdiyi məbləği açıqlayıbbackend

Ukrayna büdcəsi Polşa ilə sərhəddəki keçid məntəqələrinin blokadası səbəbindən təxminən 20 milyard qrivna (523 milyon dollardan çox) itirib. Bu barədə Ukraynanın xalq deputatı Yaroslav Jeleznyak “Ukrayinska Pravda” nəşrinin “YouTube” kanalında dərc olunmuş videoçarxında məlumat verib.

Rada deputatının dediyi kimi, Polşa sərhədləri bağlamağa başlamazdan əvvəl xəzinəyə 7,5 milyard qrivna (təxminən 197 min dollar) yığmaq planlaşdırılırdı.

“Təəssüf ki, ilk növbədə sərhəd blokadasına görə bütün fevral ayı ərzində biz 39,5 milyard qrivna aldıq. Yəni, Ukrayna büdcəsinə 8 milyard az vəsait daxil olub. Yəni, hesablasaq, biz təxminən 20 milyard qrivna itirmişik”, – deyə Jeleznyak bildirib.

Mənbə: Haber.com