Alimlər diabet və piylənmə dərmanlarının mənfi təsirini aşkar ediblərbackend

Kanada və Braziliyadan olan beynəlxalq alimlər qrupu arıqlamaq üçün məşhur dərmanların əzələ kütləsinin azalması ilə əlaqəli ola biləcəyini aşkar ediblər. Araşdırma “The Lancet” elmi jurnalında dərc olunub.

Söhbət əvvəlcə 2-ci tip diabetin müalicəsi üçün nəzərdə tutulmuş qlükaqon kimi peptid-1 (GLP-1) reseptor agonistləri olan dərmanlardan gedir. Bunlara Ozempic və onun analoqları daxildir.

Müşahidələr göstərdi ki, bu vasitələr təkcə arıqlamağı asanlaşdırmır, həm də böyrək və ürək sağlamlığını yaxşılaşdırır, həmçinin sağlamlıq üçün digər müsbət təsirlərə malikdir.

Mənbə: The Lancet