Melburn Universitetinin avstraliyalı alimləri müəyyən ediblər ki, probiotik əlavələri və probiotikləri olan qidalar böyüklərin zehni qabiliyyətlərinə təsir edir. Tədqiqat Nutritional Neuroscience (NutNeuro) elmi jurnalında dərc olunub.
Probiyotiklər, lazımi miqdarda istehlak edildikdə sağlamlığa fayda verən canlı mikroorqanizmlərdir. Onlar adətən qatıq, kefir və digər fermentləşdirilmiş qidalarda olur və dərman şəklində də mövcuddur. Probiyotiklər bağırsaqdakı mikrob icmasının sağlamlığını dəstəkləyir.
Yeni araşdırmada tədqiqatçılar iki ay ərzində probiyotik qəbul edən 118 yetkin iştirakçını izləyiblər.
Mənbə: NutNeuro