Alimlər mikrodalğalı sobalarda hansı mikrobların yaşadığını açıqlayıblarbackend

Valensiya Universitetinin alimləri mikrodalğalı sobaların içərisində yaşayan mikrobiomlar üzərində araşdırma aparıb və müəyyən ediblər ki, onlardan bəziləri hətta ekstremal şəraitə uyğunlaşa bilirlər.

Bu işin nəticələri Frontiers in Microbiology jurnalında dərc olunub.

Yüksək temperaturlara və mikrodalğalı radiasiyaya baxmayaraq, bir çox mikroorqanizmlər mikrodalğalı sobaların içərisində kifayət qədər rahat hiss edirlər. Tədqiqatçılar ev mətbəxlərindən, ictimai yerlərdən və laboratoriyalardan götürülmüş 30 mikrodalğalı sobanın içindən nümunələr toplayıblar. Nümunələrdə mətbəx səthlərində və qida məhsullarında tez-tez rast gəlinən Brachybacterium, Micrococcus, Paracoccus və Priestia cinsinə aid bakteriyalar var idi.

Evdəki mikrodalğalı sobaların mikrob mühitləri baxımından ən az müxtəlif olduğu, laboratoriya alətlərinin isə istifadə olunduğu ekstremal şəraitə görə ən böyük biomüxtəlifliyi göstərdiyi müəyyən edilmişdir. Xüsusilə maraqlı olan növlər radiasiyaya, istilik şokuna və qurumağa davamlı idi. Məsələn, laboratoriya mikrodalğalarında tapılan Deinococcus və Hymenobacter cinsindən olan bakteriyalar günəş panellərində yaşayan mikroorqanizmlərə bənzəyir.

Alimlər vurğulayıblar ki, ev mikrodalğalı sobalarındakı mikroblar laborator analoqları qədər sərt olmasa da, cihazın yuyucu vasitə ilə müntəzəm təmizlənməsi bakteriyaların, o cümlədən xəstəliyə səbəb olanların yığılmasının qarşısını almağa kömək edəcək.