Beynəlxalq alimlər qrupu iqlim dəyişikliyinin bitkilərin qida dəyərinə mənfi təsir göstərdiyi qənaətinə gəlib. Bu da öz növbəsində bitki qidaları ilə qidalanan heyvanlar üçün ciddi fəsadlara səbəb ola bilər. Bu barədə The Conversation portalı məlumat yayıb.
Bitkilər planetdəki bütün heyvanların üçdə birindən çoxunun əsas qida mənbəyidir. Bununla belə, tədqiqatçılar bu yaxınlarda kəşf ediblər ki, qlobal istiləşmə səbəbindən onlar daha az qidalı olurlar.
Alimlər yeni bir araşdırmada yüksək temperatur və artan karbon qazı şəraitində bitki artımının sürətlənməsinin çox vaxt vacib qida maddələrinin konsentrasiyasının azalması ilə müşayiət olunduğunu aşkar etdilər. Bu, qidalanma üçün bambukdan istifadə edən nəhəng pandalar kimi ot yeyən növlər və yem keyfiyyətinin pisləşməsi çəki artımının azalmasına səbəb ola bilən mal-qara kimi kənd təsərrüfatı növləri üçün xüsusi risk yaradır. Üstəlik, bu cür dəyişikliklər heyvanların ümumi sayına mənfi təsir göstərə bilər.
Mənbə: The Conversation