Karolinska İnstitutundan olan isveçli alimlər sübut ediblər ki, hamiləlik dövründə asetaminofen (daha çox parasetamol kimi tanınır) preparatının istifadəsi ilə diqqət çatışmazlığı hiperaktivliyi pozğunluğu (DEHB), autizm spektri pozğunluğu və əqli geriliyi olan uşaqların doğulması riskinin artması arasında heç bir əlaqə yoxdur.Araşdırma JAMA elmi jurnalında dərc olunub.
Parasetamol ağrı və qızdırma üçün dünyada ən çox istifadə edilən dərmanlardan biri olaraq qalır və həmçinin bir çox digər dərmanların aktiv tərkib hissəsi kimi xidmət edir.
Əvvəlki tədqiqatlar parasetamol ilə müxtəlif psixi və əsəb pozğunluqları olan uşaqların doğulması arasında müəyyən əlaqəni göstərdi, lakin yeni araşdırma bu fərziyyələri təkzib etdi.
Mənbə: Gazeta.ru