Si Cinpin Tayvanı Çindən ayırmağın mümkünsüzlüyündən danışıbbackend

Çin prezidenti Si Cinpin deyib ki, dünyada Tayvan və Çini parçalaya biləcək güc yoxdur. O, Pekində Tayvan administrasiyasının keçmiş rəhbəri Ma Ying-jeou ilə görüşü zamanı fikirlərini bölüşüb, onun sözlərini TASS sitat gətirib.

“Bizi parçalaya biləcək heç bir qüvvə yoxdur”, – ÇXR rəhbəri vurğulayıb.

Bundan əvvəl Si Cinpinq ABŞ prezidenti Co Baydenlə telefon danışığı zamanı Tayvan məsələsinin iki ölkə arasında münasibətlərdə “qırmızı xətt” olduğunu demişdi. Çin liderinin sözlərinə görə, bu xətti “keçmək olmaz”.

Mənbə: TASS