Tübingen Universitet Xəstəxanasından və digər institutlardan alman alimləri müəyyən ediblər ki, hətta yüksək kalorili qidaların qısa müddətli istehlakı belə beynin insulinə həssaslığını azalda bilər. Bu, piylənmə və tip 2 diabetin inkişafına kömək edir. Tədqiqat Nature Metabolism (NatMetab) elmi jurnalında dərc olunub.
Təcrübədə iki qrupa bölünmüş normal çəkiyə malik 29 kişi iştirak edib. Birinci qrup beş gün ərzində normal qida rasionuna 1500 kalori yüksək kalorili qəlyanaltı əlavə etdi, nəzarət qrupu isə həmişəki kimi yedi. Alimlər qaraciyərin yağ tərkibini və beynin insulinə həssaslığını qiymətləndirmək üçün maqnit rezonans tomoqrafiyasından (MRT) istifadə ediblər.
Tədqiqat nəticəsində məlum olub ki, sağlam insanlar beş gün ərzində yüksək kalorili qəlyanaltılar (məsələn, şokolad və çipslər) qəbul etdikdən sonra beynin insulinə həssaslığında əhəmiyyətli dərəcədə azalma müşahidə ediblər. Bu təsir normal pəhrizə qayıtdıqdan bir həftə sonra da davam etdi. Əvvəllər belə dəyişikliklər yalnız kök insanlarda müşahidə edilirdi.