ABŞ və İordaniyadan olan beynəlxalq alimlər qrupu müharibələr nəticəsində yaşanan stress və zorakılığın insan genlərində izlər buraxa və nəsillərə ötürülə biləcəyini aşkar ediblər. Tədqiqat Scientific Reports (SciRep) elmi jurnalında dərc olunub.
Komanda ilk dəfə insanlarda əvvəllər yalnız heyvanlarda məlum olan fenomeni aşkar edib: stressin valideynlərdən uşaqlara epigenetik ötürülməsi.
Ekspertlərin qənaətləri 1982-ci ildə Suriyada vətəndaş müharibəsi zamanı Həma şəhərinin mühasirəsindən sağ çıxan suriyalı ailələrin üç nəslinin genomlarının öyrənilməsinə əsaslanır.