Çin alimləri qalxanabənzər vəzi xəstəliyi və yamaqlı keçəllik arasında mümkün genetik əlaqəni müəyyən ediblər.
Bu barədə HealthDay məlumat yayıb.
Alimlər Finlandiyanın Biobankından yüz minlərlə insanın genetik məlumatlarını, eləcə də digər tədqiqatların hazır məlumatlarını təhlil ediblər. Minlərlə insan qalxanabənzər vəzi xəstəliyi və/və ya yamaqlı keçəllikdən əziyyət çəkirdi.
Hipotiroidizm (tiroid hormonlarının çatışmazlığı), hipertiroidizm (tiroid hormonlarının artıqlığı), Haşimoto xəstəliyi (qalxanvari vəzin otoimmün iltihabı) yamaqlı keçəlliklə genetik olaraq əlaqəli olduğu müəyyən edilmişdir.
Nəticələr bu xəstəliklərin oxşar mexanizmlərə malik ola biləcəyini göstərə bilər. Bu kəşf otoimmün xəstəliklərin daha yaxşı başa düşülməsinə və onlara qarşı yeni müalicə üsullarının hazırlanmasına kömək edəcək.