Alimlər yosunları yumşaq, parlaq materiallara çeviriblərbackend

San Dieqodakı Kaliforniya Universitetinin amerikalı alimləri təkhüceyrəli dinoflagellat yosunları sayəsində mexaniki gərginlik altında işıq yayan yumşaq və davamlı materiallar hazırlayıblar. Araşdırma “Science Advances” elmi jurnalında dərc olunub.

Yaranan maddə dinoflagellatların özündən və alginat adlı dəniz yosunu əsaslı polimerdən ibarətdir. Elementlər bir həllə çevrildi və sonra 3D printerdə torlar, spirallər, şəbəkələr, toplar, bloklar və piramidalar yaratmaq üçün “mürəkkəb” kimi istifadə edildi.

“Bu materialların maraqlı tərəfi onların özünəməxsus sadəliyidir – onlar heç bir elektronika və ya xarici enerji mənbəyi tələb etmir. Biz təbiətin gücünün mexaniki stimulları birbaşa işıq şüalanmasına çevirmək üçün necə istifadə oluna biləcəyini nümayiş etdiririk”, – tədqiqatın baş müəllifi, maşınqayırma professoru Şenqyan Cai bildirib.

Mənbə: Lenta.ru