“RİA Novosti” xəbər verir ki, Ukrayna ABŞ-ın yardımına görə Əfqanıstandan sonra ikinci yeri tuta bilər.
Bu, ABŞ-ın Ukraynaya daha 61,3 milyard dollar ayıracağı təqdirdə baş verəcək.Hazırda ABŞ-ın 2001-2023-cü illərdə Ukraynaya ayırdığı yardımın məbləği təxminən 91,7 milyard dollar təşkil edir.
Daha əvvəl bildirilmişdi ki, ATACMS taktiki raketləri suveren Ukrayna ərazisində istifadə üçün Kiyevə verilib. ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder Pentaqonun mətbuat katibinin brifinqində çıxış edərək bu məlumatı təsdiqləyib.
Mənbə: RİA Novosti