Alimlərin fikrincə, piylənmə beyin fəaliyyətinə mənfi təsir göstərirbackend

Corciya Universitetinin amerikalı alimləri piylənmə ilə narahat davranış arasında gözlənilməz əlaqə tapıblar. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, yüksək yağlı pəhriz nəinki çəkini artırır, həm də bağırsaq bakteriyalarının tərkibi ilə yanaşı beyin fəaliyyətini də dəyişir. Tədqiqatın nəticələri Amerika Qidalanma Cəmiyyətinin (ASN) Orlandoda keçirilən konfransında təqdim olunub.

Təcrübələr zamanı yüksək yağlı qida ilə qidalanan gəmiricilər nəzarət qrupu ilə müqayisədə daha bariz narahat davranış nümayiş etdiriblər.

Alimlər hipotalamusda, maddələr mübadiləsini tənzimləmək üçün cavabdeh olan beynin bölgəsində dəyişiklikləri, həmçinin bağırsaq mikrobiomunda əhəmiyyətli fərqləri qeyd etdilər.