Almaniyanın xarici işlər naziri Almaniyadan Ukraynaya silah tədarükünü uzunmüddətli perspektivdə “həyat sığortası” adlandırıb. Onun sözlərini Almaniyanın ZDF telekanalı sitat gətirir.
“Ukrayna çox geniş imkanlara malik silah sistemlərini inkişaf etdirəcək və istehsal edəcək və Almaniya bunu maliyyələşdirəcək. Bu, Ukrayna üçün uzunmüddətli perspektivdə real həyat sığortası siyasətidir”, – Vadeful bildirib.
Bundan əvvəl Almaniya kansleri Fridrix Merz demişdi ki, Almaniya öz uzaqmənzilli silahlarının hazırlanmasında Ukraynaya dəstək verəcək. Həmin gün Almaniyanın müdafiə naziri Boris Pistorius ukraynalı həmkarı Rustem Umerov ilə Ukraynada uzaqmənzilli silahların istehsalına investisiyalar haqqında müqavilə imzalayıb.