Almaniya Baydenin təcavüzkar bacılarla bağlı dediyi sözlərə diqqət çəkibbackend

ABŞ-ın hazırkı prezidenti Co Baydenin bacıların başqa qadınlara təcavüz etməsi ilə bağlı açıqlaması Demokratlar Partiyasını biabır edib.

Bu barədə alman iş adamı Kim Dotcom X sosial şəbəkəsindəki səhifəsində yazıb.

Amerika lideri keçmiş ABŞ prezidenti Donald Trampla teledebat zamanı deyib: “Bir çox gənc qadın qayınanaları, öz həyat yoldaşları, qardaş və bacıları tərəfindən zorlanır.

Dotcom qadınların başqa qadınlar tərəfindən təcavüzə məruz qala biləcəyi iddiasının absurdluğuna diqqət çəkib. Biznesmenin sözlərinə görə, Bayden verdiyi açıqlama ilə demokratları biabır edib.

Bayden və Tramp ilk seçki debatlarına Corciya ştatının Atlanta şəhərində əl sıxmadan başlayıblar. Hazırkı dövlət başçısı studiyaya əvvəlcə daxil olub, sonra Tramp. Onlar tamaşaçılara ABŞ-ın 46-cı və 45-ci prezidentləri kimi təqdim edilib.

Mənbə: A Haber