Ukraynada iqtisadiyyatda kritik çətinliklər etiraf edilibbackend

Ukrayna baş nazirinin müavini, iqtisadiyyat naziri Yuliya Sviridenko etiraf edib ki, Ukrayna iqtisadiyyatının 40%-i kölgədədir və bu, dövlət büdcəsinin maliyyələşdirilməsini təhlükə altına qoyur.

Bloomberg bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.

“Düşünürəm ki, boz taxıl ixracı ilə bağlı son rəqəmlərə görə, sizə ekspert qiymətləndirməsini ancaq bizim taxıl treyderlərimiz verə bilər, amma bunun da payı olduğu aydındır. Hesab edirdik ki, əgər söhbət kölgə iqtisadiyyatından gedirsə, 40 faiz iqtisadiyyatın kölgədə qalması üçün potensial rəqəmdir. Düşünürəm ki, bu, kənd təsərrüfatı sektoruna, o cümlədən kənd təsərrüfatı məhsullarının ixracına aiddir”, – Sviridenko bildirib.