Almaniyanın daxili işlər naziri Nensi Feser antisemitlərin Almaniya vətəndaşlığından məhrum ediləcəyini bildirib, Reuters xəbər verir.
Hazırda Bundestaq antisemit hərəkətlər və ya bəyanatlar törədən əcnəbilərin heç vaxt Almaniya vətəndaşlığını ala bilməyəcəyi qanun layihəsini nəzərdən keçirir.
Feser, yeni vətəndaşlıq qanunu layihəsində antisemitlərin açıq şəkildə istisna ediləcəyini vurğuladı. Onun sözlərinə görə, Almaniya hakimiyyəti Almaniyada HƏMAS hərəkatının tərəfdarlarına qarşı son dərəcə ayıqdır. Buna görə də antisemit bəyanatlar verən hər bir şəxs ciddi şəkildə məsuliyyətə cəlb olunacaq.
Mənbə: Reuters