ABŞ Konqresinin Nümayəndələr Palatasının seçilmiş spikeri respublikaçı Mayk Conson Ukrayna ilə bağlı mövqeyini dəyişib və onun ehtiyacları üçün yeni vəsaitlərin ayrılması məsələsinə şübhə ilə yanaşıb. Bu barədə “The Hill” qəzeti yazır.
Məqalədə xatırladılıb ki, 2022-ci ildə konqresmen sadələşdirilmiş prosedur əsasında Ukraynaya silah və digər yardımların verilməsini nəzərdə tutan Lend-Lease qanununun qəbuluna səs verib.
Lakin Conson bu yaxınlarda Ukraynaya yeni yardımın lazım olduğuna dair “skeptik mövqe” tutub. O, Nümayəndələr Palatasında Kiyev üçün iki müxtəlif ayırma qanun layihəsinin qəbul edilməsinə qarşı çıxıb.
Mənbə: A Haber