Orbanın partiyası İsveçin NATO-ya daxil olması ilə bağlı səsvermənin qarşısını aldıbackend

Macarıstan parlamenti İsveçin NATO-ya üzv olmaq ərizəsi ilə bağlı səsvermənin keçirilməsi təklifini rədd edib. Associated Press (AP) xəbər verir ki, bunu müxalif Demokratik Koalisiya partiyasından olan deputat Aqnes Vadai deyib.

“İsveçin NATO-ya daxil olması təşəbbüsü parlamentdə mütləq çoxluğa malik olan hakim Fides partiyası tərəfindən əngəllənib. Onun lideri baş nazir Viktor Orbandır. Partiya iddia edir ki, isveçli siyasətçilər Macarıstandakı demokratiyanın vəziyyəti haqqında “açıq-aşkar yalanlar” deyiblər”, – Vadai bildirib.

Bundan əvvəl Macarıstanın xarici işlər naziri Peter Szijyarto bildirmişdi ki, Macarıstan parlamenti İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etmək məsələsində Türkiyənin mövqeyinə geri baxmayacaq və müstəqil qərar verəcək.

Mənbə: Haber.com