Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib ki, Olimpiada Yer kürəsində sülh yaratmaq iqtidarında deyil, Infobae xəbər verir.
“Olimpiya hərəkatı və ya BOK sülh yarada bilməz. Amma biz idmançıların bir-biri ilə yarışdığı, lakin birlikdə yaşadığı sülh simvolu yarada bilərik”, – Bax deyib.
2022-ci il fevralın sonunda Beynəlxalq Olimpiya Komitəsi beynəlxalq idman federasiyalarına müraciət edərək, siyasi vəziyyətlə əlaqədar Rusiya və Belarus idmançılarını heç bir yarışa buraxmamağı tövsiyə edib.
Mənbə: Sport.ru

