Almaniya Futbol İttifaqının vitse-prezidenti Hermann Vinkler Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfəri ilə bağlı yazdığı yazıya görə üzr istəyib.
“Mən bunu çox emosional vəziyyətdə Treptower Parkdakı memorialda yazdım. Bir daha belə yazmazdım. Bunun üçün, eləcə də yaranan qıcıqlanmaya görə üzr istəyirəm”, – deyə Vinkler sosial şəbəkələrdə yazıb.
Vinkler həmçinin qeyd edib ki, Zelenskinin etdiyi hər şeylə razı deyil, həmçinin Almaniya Futbol Assosiasiyasının rəhbəri ilə söhbət etdiyini bildirib.
Qeyd edək ki, Vinkler Zelenskinin səfəri ilə əlaqədar Berlində yolların bağlanmasından narazılığını ifadə etdiyi paylaşımını silib.
