Kiyev hakimiyyəti 3-4 eskadrilya yaratmaq üçün Qərb tərəfdaşlarından 50-yə qədər F-16 qırıcısı almaq istəyir.
Bu barədə “Politico” qəzeti Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sakın açıqlamalarına istinadən yazır.
“Ukrayna səmasını qorumaq üçün 3-4 eskadrilya yaratmaq üçün ümumilikdə 40-50 F-16-nın olmasını istəyir”, – nəşr yazır.
Sakın sözlərinə görə, indi Ukraynanın Rusiya təyyarələrini dayandıracaq heç nəsi yoxdur. O əlavə edib ki, Böyük Britaniya, İtaliya, Fransa və Almaniya Kiyevə F-16 qırıcıları təklif edə bilməz, lakin bu ölkələr beynəlxalq koalisiyada mühüm söz sahibidirlər, ona görə də ABŞ və Türkiyəyə təsir edə bilərlər.

