Ərdoğan: “Daha böyük qələbəyə nail olacağıq”

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan sosial şəbəkələrdə prezident seçkilərinin ikinci turu öncəsi kampaniyaya başladığını elan edib.

“Biz təxribatsız, təzyiqə əhəmiyyət vermədən, ümidsizliyə qapılmadan, çətinliklər qarşısında təslim olmadan birinci raundda çox mübarizə apardıq. Artıq mayın 28-nə hazırlıqlara başlamışıq. İndi mayın 14-də əldə etdiyimiz uğuru daha böyük qələbə ilə taclandırmağın vaxtıdır”, – Ərdoğan yazır.

Bundan əvvəl Türkiyə Yüksək Seçki Komissiyası prezident seçkilərinin ikinci turunun mayın 28-də keçiriləcəyini rəsmən açıqlamışdı.

Related Post