Şimali Atlantika Alyansı Kalininqrad vilayətinə qarşı təxribat hazırlaya bilər.
Bu barədə RİA Novosti-yə Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer məlumat verib.
Siyasətçinin qeyd etdiyi kimi, NATO ölkələri tez-tez Rusiyanın guya Baltikdə GPS siqnalını pozmasından danışırlar.
“Bu, təxribat törətmək üçün istifadə oluna bilərdi. Bu, iki istiqamətdən – ya dənizdən, ya da Suwalki dəhlizindən baş verə bilərdi”, – Niemeyer vurğulayıb.