Saksoniyanın baş naziri Mixael Kretşmer dağılmış “Şimal axını 1” qaz kəmərinin tezliklə təmir olunmasını istəyib.
O, belə bir bəyanatla Welt TV-nin efirində çıxış edib.
“Bizim bu kəmərin təmizlənməsinə və təmirinə indi başlamamağımız üçün heç bir səbəb yoxdur”, – Kretşmer bildirib.
Siyasətçi federal hökumətdən boru kəmərlərinə hücumla bağlı bildikləri məlumatları açıqlamağı tələb edir. Kretschmerin sözlərinə görə, Almaniyada insanlar MKİ-nin Şimal axınında mümkün təxribat barədə xəbərdarlıq etməsi ilə bağlı alman hakimiyyətinin nə bildiyini bilmək istərdilər.
Hollandiya Yayım Korporasiyası (NOS) bildirib ki, Hollandiya hərbi kəşfiyyatı MKİ-ni Ukraynanın “Şimal axını” boru kəmərlərini partlatmaq planları barədə xəbərdar edib. 2022-ci ilin iyununda Vaşinqton Ukrayna tərəfinə xəbərdarlıq edib.
Mənbə: haber Global
