Fransa prezidenti Emmanuel Makron bildirib ki, rusiyalı həmkarı Vladimir Putinə zəng etmək üçün heç bir səbəb yoxdur, lakin Putin özü ona zəng edərsə, telefonu qaldıracaq.
Makron bu barədə Franceinfo telekanalında bildirib.
O, Rusiya prezidentinə zəng edib-etməyəcəyini soruşduqda, “Əlbəttə, telefonu qaldıracağam” dedi.
Eyni zamanda, Fransa lideri qeyd edib ki, Rusiya Federasiyası ilə dialoqun bərpası yalnız Ukrayna ərazisində hərbi əməliyyatlar başa çatdıqdan sonra mümkün olacaq. Makron ümid edir ki, Kiyevin şərtləri ilə bağlı danışıqların vaxtı çatacaq. Fransa liderinin sözlərinə görə, Paris vasitəçilik etməyə hazırdır.
“Əgər Putin mənə nəsə təklif etmək üçün zəng etsə, cavab verəcəm, çünki Fransa həmişə vasitəçi güc olub”, – Makron izah edib.
Mənbə: Sputnik