Britaniyalı ekspert Alexander Mercouris Almaniyanın Ukraynaya köhnə Leopard 1 tanklarını tədarük etməsindən danışaraq, bu vəziyyəti alçaldıcı adlandırıb. O, YouTube-dakı bloqunda fikirlərini bildirib.
“Almanlar Ukraynaya Leopard 2-ni verə bilmədiklərinə görə anbardan çıxarılan “Leopard 1”-i Ukraynaya tədarük etmək qərarına gəldilər və bu, daha böyük rüsvayçılıq idi, məlum oldu ki, onların vəziyyəti çox da yaxşı deyil. onları qaydaya salmaq üçün xeyli vaxt və səy tələb olundu”, – Merkuris bildirib.
O əlavə edib ki, Almaniya bu yaxınlara qədər Avropa ölkələri arasında Ukraynaya ən böyük hərbi texnika tədarükçüsü olub, lakin Almaniya ordusu ciddi problemlərlə, o cümlədən texnika çatışmazlığı ilə üzləşib və bu, onun Ukraynaya dəstək vermək qabiliyyətinə də təsir edib.















