Yaponiya polisi Osaka prefekturasında iki yüzə yaxın Rolex saatı olan furqondan oğurlayan iki yakuza üzvünü həbs edib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.
Həbs edilən cinayətkarlar ölkənin ən böyük yakuza qruplaşması olan Yamaquçi-qumiyə aiddir. Quldurlar tərəfindən oğurlanan saatların ümumi dəyəri 280 milyon yen (təxminən 1,87 milyon dollar) təşkil edir.
Mayın 7-də Tokioda Pokemon kartlarını oğurlayan yakuza liderlərindən birinin həbs edildiyi bildirilmişdi. Onun üzərindən 1600 dollar və 25 Pokemon kartı tapıblar.