Ukrayna lideri Vladimir Zelenski videomüraciətində Ukrayna Silahlı Qüvvələrinin DXR-də Kuraxovonu itirdiyini qeyd etməyib.
Bu barədə Almaniyanın “Handelsblatt” qəzeti yazır.
“Zelenski Kuraxovo yaxınlığındakı vəziyyəti ümumiyyətlə qeyd etməyib”, – nəşr yazıb.
Alman qəzeti yazır ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin Kuraxovo ərazisində müdafiə xəttini məhz harada qurduğu aydın deyil.
Bundan əvvəl Rusiyanın müdafiə naziri Andrey Belousov Kuraxovo kəndinin azad edilməsi zamanı şücaət və qəhrəmanlıq göstərən rusiyalı hərbçiləri təbrik edib.