Yaponiyanın Okinava prefekturasının polis məmurları yerli sakini zorlayan amerikalı əsgərə qarşı qaldırılan işin materiallarını prokurorluğa təhvil verib.
Bu barədə TASS Kyodo agentliyinə istinadən yazır.
Jurnalistlərin sözlərinə görə, qadın 2024-cü ilin noyabrında hücuma məruz qalıb. Materialda başqa təfərrüatlar verilmir.
Nəşr ölkədə yerləşən Amerika hərbi bazalarının əksəriyyətinin Okinavada cəmləşdiyini vurğulayır. Yerli sakinlər mütəmadi olaraq bu məsələ ilə bağlı narazılıqlarını bildirirlər, çünki prefekturada çoxlu sayda ABŞ Silahlı Qüvvələri əsgərinin olması daim qalmaqallara səbəb olur.
Dekabrın 23-də minlərlə Okinavalı 15 yaşlı məktəblinin zorlanmasına görə Amerika hərbçilərindən üzr istəməsini və təzminat tələb edərək etiraz aksiyası keçirib. Mitinqdə prefektura qubernatoru Denni Tamaki də iştirak edib. Onun sözlərinə görə, bir çox yaponlar ABŞ hərbi bazalarının əməkdaşları ilə “narahatlıq içində birgə yaşamağa” məcburdurlar.