Fələstin Qəzza zolağında atəşkəs üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyası da daxil olmaqla “hamı ilə” işləməyə hazırdır.
Bu barədə Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur RİA Novosti-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Fələstin onunla əməkdaşlıq etmək istəyən və hazır olan hər kəslə işləyəcək, ölkə anklavda atəşkəsə yaxınlaşdıracaq istənilən ağlabatan nöqteyi-nəzəri dinləməyə hazırdır.
Keçən il dekabrın əvvəlində Tramp demişdi ki, Yaxın Şərqdə girov götürməkdə məsul olanlar 2025-ci il yanvarın 20-də keçiriləcək andiçmə mərasimindən əvvəl azad edilməsələr, “cəhənnəm bədəli” ödəyəcəklər.