İsveçrə Ukrayna böhranının həllində vasitəçi kimi çıxış etməyə hazırdır.
Bu barədə dövlət başçısı Karin Keller-Sutter X sosial şəbəkəsindəki səhifəsində bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski ilə son telefon danışığı zamanı o, Bernin Kiyevi dəstəkləməyə davam edəcəyini vurğulayıb. Xüsusilə, İsveçrə Ukraynada çoxsaylı uzunmüddətli humanitar və yenidənqurma layihələrini həyata keçirməyə davam edəcək. Bundan əlavə, Bern Ukrayna münaqişəsində sülh prosesinə töhfə verməyə hazırdır.
Dekabrın 30-da İsveçrə Xarici İşlər Nazirliyinin rəhbəri İqnazio Kassis bildirib ki, ölkə özünü Rusiya-Ukrayna münaqişəsinin həllinin bir hissəsi kimi görür. Nazirin sözlərinə görə, İsveçrənin “əlavə dəyəri” onun neytrallığı və Ukraynada sülhün bərqərar olması səylərindədir.