Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek Almaniyada hakim koalisiyanın (Almaniya Sosial Demokrat Partiyası (SPD), Yaşıllar, Azad Demokrat Partiyası (FDP)) dağıldığını elan edib.
O, bu günün “xüsusi bir gün” olduğunu vurğulayıb. Habeck əlavə edib ki, hakim partiyanın dağılması ilə yeni seçkilərin nizamlı keçirilməsinə yol tez bir zamanda açılacaq.
Noyabrın 6-da Almaniya kansleri Olaf Şolz 2025-ci il yanvarın 15-də Bundestaqda hökumətə etimad səsverməsi məsələsini qaldıracağını bildirib.