ABŞ-ın Alyaska rəsmiləri hazırkı prezident Co Bayden administrasiyasını ABŞ-ın sahil zonasında neft qazmalarına məhdud hüquqlar verdiyinə görə məhkəməyə verib.
Bu barədə “Reuters” yazır.
ABŞ-ın Alyaska ştatı Bayden administrasiyasını Konqresin federal Arktika Milli Vəhşi Təbiət Sığınacağının bir hissəsində neft və qazın işlənməsinə icazə vermək direktivini pozduğuna görə məhkəməyə verir.
İddiada deyilir ki, Bayden administrasiyasının məhdudiyyətləri sığınacaqda gələcək neft kəşfiyyatı və qazma işlərini ciddi şəkildə məhdudlaşdıracaq.
Bundan əvvəl Baydenin dənizdə yeni neft və qaz yataqlarının işlənməsinə qadağa tətbiq etməyi planlaşdırdığı bildirilirdi.