Amerika səfiri ABŞ və Çin arasındakı fikir ayrılıqlarından danışıb

Vaşinqton və Pekin Ukrayna münaqişəsi və Tayvanın taleyi də daxil olmaqla bir sıra əsas məsələlərdə hələ də razılığa gələ bilməyib. “Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Çindəki səfiri Nikolas Börns jurnalistlər üçün brifinq zamanı bildirib.

“Biz əsas fikir ayrılıqlarımızı həll etməmişik. Hələ də bir çox məsələləri əhatə edirlər. Bu, hələ də çox rəqabətli, mürəkkəb və ziddiyyətli münasibətdir”, – diplomat qeyd edib.

O, ABŞ və Çinin Cənubi Çin dənizindəki vəziyyətlə bağlı əsaslı şəkildə fərqli mövqe tutduğunu vurğulayıb. Üstəlik, Amerika səfirinin sözlərinə görə, Vaşinqton və Pekinin Ukrayna və Yaxın Şərq münaqişələrinə münasibəti fərqlidir.

Mənbə: Report

Oxşar xəbərlər