X sosial şəbəkəsi (əvvəllər Twitter) 2023-cü ilin sonuna kimi reklamdan təxminən 2,5 milyard dollar gəlir əldə edə bilər ki, bu da əvvəlki ilin eyni göstəricisindən xeyli azdır. Bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Materialda bildirilir ki, 2022-ci ildə platforma reklamdan dörd milyard dollar qazanıb. Bununla belə, nəşrə görə, bu il sosial şəbəkənin müvafiq müqavilələrdən əldə etdiyi gəlir üçdə birdən çox azalacaq.
“X bu ilin üç rübünün hər birində 600 milyon dollardan bir qədər çox reklam gəliri qazandı, cari dövr üçün də oxşar rəqəmlər gözlənilir. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə [şirkət hər rübdə bir milyard dollardan çox gəlir əldə edib”, – nəşr aydınlaşdırır.
Mənbə: Bloomberg

