Dolların qlobal ehtiyat valyutası statusu ABŞ-ın anti-Rusiya sanksiyaları tətbiq edərkən səhv hesablaması səbəbindən sarsıla bilər.
Bu barədə “İzvestiya” qəzeti amerikalı iqtisadçı Ceff Rubinin açıqlamasına istinadən yazır.
Onun fikrincə, Rusiyaya qoyulan məhdudiyyətlər və valyuta ehtiyatlarının üçdə birinin dondurulması Rusiya iqtisadiyyatına ciddi zərbə vurmalı idi. Lakin bunun əvəzində sanksiyalar dolların dünyanın neft valyutası kimi 50 illik hökmranlığını təhdid etdi və onun üçün daha pis nəticələr verə bilər.
İqtisadçı məhdudiyyətlərin ən bariz nəticələrindən birini uzun müddət davam edən qiymət sabitliyindən sonra Qərbdə inflyasiyanın kəskin artması adlandırır. Bundan əlavə, Rubinin qeyd etdiyi kimi, Rusiya BRİKS blokunun genişlənməsi və Qlobal Cənub ölkələrinin iqtisadiyyatlarının artması səbəbindən sanksiyaların təsirini yumşaltmağa nail olub.