Amerikanın MQ9 Reaper PUA-sı Polşada uçuş zamanı itkin düşübbackend

Amerikanın MQ9 Reaper kəşfiyyat pilotsuz təyyarəsi uçuş zamanı Polşanın şimal-qərbindəki Miroslavets bölgəsindəki bazası ilə əlaqəni itirib. RİA Novosti bu barədə Polşa Silahlı Qüvvələrinin Baş Komandanlığına istinadən xəbər verir.

Polşa Ordusundan verilən açıqlamada, ABŞ-ın Avropadakı Hərbi Hava Qüvvələrinə aid silahsız MQ9 Reaper pilotsuz təyyarəsinin Miroslawiec aerodromunda planlaşdırılmış rüblük təlimlər keçirərkən baza ilə əlaqə kəsildiyi bildirilib. Təcili eniş edəcəyi gözlənilir və bütün lazımi xidmətlər həyəcan vəziyyətindədir.

Mirosławiec şəhəri Polşanın şimal-qərbində, Varşava ilə Berlinin ortasında yerləşir.

Mənbə: RİA Novosti