Fransa Polşanın Ukrayna kənd təsərrüfatı məhsullarının Aİ-yə idxalına qoyulan məhdudiyyətlərlə bağlı mövqeyini dəstəkləyib. Bu barədə “Politico” məlumat yayıb.
Nəşr göstərir ki, Fransa prezidenti Emmanuel Makron və Polşanın baş naziri Donald Tusk Ukraynanın kənd təsərrüfatı məhsullarının Aİ ölkələrinə idxalı ilə bağlı Paris və Varşavanın mövqelərini birləşdirməyə razılaşıblar. Hər iki ölkə əlavə məhdudiyyətlərdə israr edəcək, əks halda Kiyevin Aİ ilə azad ticarət rejiminin daha bir il müddətinə uzadılması ilə bağlı danışıqları pozmaqla hədələyəcək.
Görüş martın 15-də Berlində keçirilən Veymar üçbucağı sammiti zamanı baş tutub və burada hər iki lider Ukraynanı Rusiya ilə münaqişəsində dəstəkləməyə çağırıblar.
Mənbə: Politico