Android-də Apple kimi itirilmiş cihazların axtarışı funksiyası təqdim edilibbackend

Google itirilmiş cihazları tapmaq üçün “Cihazımı Tap” funksiyasını elan etdi və bu, Apple-ın “Find My” kimi tanınan xidmətinə bənzər şəkildə işləyəcək.

“9to5Google” portalı xəbər verir ki, “Google” xidməti hətta internet bağlantısı olmadan da smartfonların yerini izləməyə imkan verir.

Texnologiya ilk dəfə 2023-cü ildə illik Google I/O konfransında təqdim edilib. O, itirilmiş qadcetlərin yerini müəyyən etmək üçün Android smartfonları arasında qarşılıqlı əlaqə prinsipinə əsaslanır. Sistem elə işləyir ki, hər bir cihaz Bluetooth vasitəsilə digər qadcetlərdən gələn siqnalları aşkarlaya və şifrlənmiş məkan məlumatlarını sonradan onlayn xəritədə göstərmək üçün Google xidmətinə ötürə bilsin.

Bundan əlavə, markalı Google Pixel 8 və 8 Pro smartfonları Bluetooth modulunun ehtiyat gücü sayəsində söndürüldükdə belə SOS siqnalı göndərə bilir. Bu, itirilmiş və ya oğurlanmış cihazların tapılması prosesini xeyli asanlaşdırır.

Hazırda yeni xidmət yalnız ABŞ və Kanadada istifadəyə verilib, lakin yaxın gələcəkdə funksiya digər ölkələrdə də işləyəcək. Eyni zamanda, Chipolo və Pebblebee izləyiciləri, həmçinin JBL və Sony-nin cihazları xidmətə qoşulacaq. İlin sonuna kimi Motorola, Jio və Eufy qadcetləri “Find My Device” dəstəyini, həmçinin evdə cihazları tapmağa kömək edəcək Google Nest Hub smart displeylərini alacaq.

Mənbə: Autotech