Ledi Qaqa nişan şayiələrinə səbəb olubbackend

Müğənni Ledi Qaqa sevgilisi, iş adamı Maykl Polanski ilə nişanlanacağı ilə bağlı şayiələrə səbəb olub.

38 yaşlı Ledi Qaqa aprelin 7-də Qərbi Hollivudda görüntülənib. Müğənni gəzinti zamanı paparassilərə tuş gəlib. Məşhur xalq qarşısına qara libasda çıxıb. Pop müğənnisi köynək, uzun palto, qamaş, daban ayaqqabı və gün eynəyi taxıb. O, görünüşünü tünd rəngli Bottega Veneta çantası ilə tamamlayıb. Jurnalistlər Ledi Qaqanın üzük barmağındakı brilyant üzüyü görüblər.

Müğənni 2019-cu ildən sahibkar Maykl Polanski ilə münasibətdədir. Harvard Universitetinin məzunudur. Polanski Facebook-un həmtəsisçisi Şon Parker tərəfindən yaradılan Parker Qrupunun xeyriyyə layihələrində iştirak edirdi (şirkətin sahibi Meta Rusiyada ekstremist kimi tanınır və qadağandır). Ledi Qaqa şəxsi həyatını reklam etməməyə çalışır, ona görə də nadir hallarda sevgilisi ilə ictimaiyyət qarşısına çıxır.

Mənbə: Akşam