Şaman: ABŞ səfirliyində mahnı oxuduq, Bayden seçkidən çıxdıbackend

Rusiyalı müğənni Şaman ABŞ prezidenti Co Baydenin seçki yarışından geri çəkilməsinə münasibət bildirib. Sənətçi Telegram kanalında yazıb ki, Bayden Amerika səfirliyindəki çıxışından sonra seçkilərdə iştirakdan imtina edib.

“Əzizlərim, biz ABŞ səfirliyində “MEN RUSSIAN” mahnısını oxuduq. Bayden prezidentlik yarışından geri çəkildi”, – müğənninin postunda deyilir.

İyulun 21-də ABŞ-ın hazırkı prezidenti Co Bayden prezidentlik yarışından çəkildiyini açıqlayıb. O qeyd edib ki, hazırkı səlahiyyət müddətinin sonuna kimi prezident kimi öz səlahiyyətlərini yerinə yetirməyə diqqət yetirsə, Demokrat Partiyası və ölkə üçün daha yaxşı olardı.

Mənbə: Lenta.ru