Son bir neçə həftə ərzində Ukrayna paytaxtında qida zəhərlənmələrinin sayı demək olar ki, üç dəfə artıb. Bu barədə TSN agentliyi Kiyev üzrə Dövlət Ərzaq və İstehlak Xidmətinin Baş İdarəsinin rəisi Oleq Rubana istinadən xəbər verir.
Qurum rəsmisinin sözlərinə görə, zəhərlənmə hallarının belə kəskin artmasına səbəb anomal istilər və işıqların kəsilməsi səbəbindən qida məhsullarının saxlanmasında temperatur rejiminin pozulması olub.
Bundan əvvəl Rospotrebnadzorun Kemerovo vilayətindəki Magistral düşərgəsində uşaqların kütləvi zəhərlənməsi ilə bağlı sanitar-epidemioloji araşdırma təşkil etdiyi bildirilirdi. Son məlumatlara görə, 35 uşaq xəsarət alıb. Onlara lazımi tibbi yardım göstərilir və həkim nəzarətindədirlər.
Mənbə: TASS