Antalyada Rusiya və Ukraynalı futbolçular bir-birinin sümüklərini sındırıbbackend

Antalyada oteldə məskunlaşan Rusiyanın “Yaroslavl Şinnik” və Ukraynanın “FK Minaj” komandasının futbolçuları bir-birini təpikləyərək sillələyiblər.

Haberler.com-un xəbərinə görə, oteldə rusiyalı futbolçuların bir məmurla kobud davranışı ilə başlayan hadisələrdə Rusiya komandasının Yaroslavl Şinnik və Ukraynanın FK Minaj komandasının futbolçuları əlbəyaxa dava edib, təpik və yumruq atıblar.

Hadisələrdə bəzi futbolçularda sınıq olduğu və hər iki komandanın oteli tərk etdiyi bildirilib.

Mənbə: Haberler.com

İctimai.az