Lufthansa tətillər səbəbindən cümə günü 1300-dən çox uçuşu ləğv etdi

Məhşur hava daşıma şirkəti Lufthansa cümə günü verdiyi açıqlamada, tətil aksiyası nəticəsində Frankfurt və Münhen mərkəzi hava limanlarında bütün uçuşlar da daxil olmaqla, cümə günü 1300-dən çox reysi ləğv etdi.

Alman həmkarlar ittifaqı Verdi çərşənbə günü Frankfurt, Münhen, Stuttgart, Hamburq, Dortmund, Hannover və Bremen hava limanlarında işçiləri 24 saatlıq tətil elan etməyə çağırıb və kollektiv sövdələşmə səylərinin az irəliləyiş olduğunu bildirib.

Mənbə: Reuters

İctimai.az

Related Post