Türkiyədə zəlzələdən sonra dağıntılar altından futbolçu Atsunun ayaqqabısı tapılıb

“Hatayspor”un futbolçusu Kristian Atsunun agenti Nana Sereçe bildirib ki, xilasedicilər zəlzələdən sonra dağıntılar altında futbolçunun bir neçə cüt ayaqqabısını tapmağa nail olublar.

Bu barədə BBC məlumat yayıb.

Onun sözlərinə görə, fevralın 6-na keçən gecə baş verən zəlzələ zamanı binanın uçması zamanı Atsunun olduğu otağın dəqiq yerini müəyyən etmək mümkün olub. Sereçe bildirib ki, termal kameralar sayəsində xilasedicilər dağıntılar altında 5-ə qədər canlı insan tapıblar.

Onların arasında Atsunun olması da istisna edilmir.

Mənbə: BBC

İctimai.az

Oxşar xəbərlər